Rusiyanın Suriyadakı hərbi hissəsinə 6 raket zərbəsi endirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.
Açıqlamada Suriyadakı Hmeymim hərbi bazasına hücum edildiyi bildirilir. Qeyd olunur ki, Əl-Nusra terror təşkilatı tərəfindən hərbi bazaya 6 dəfə raket atılıb. Hücumun qarşısının alındığı, raketlərin havada zərərsiləşdirildiyi bəyan edilib.