7 Sentyabr 2014 23:11
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika qəzeti iddia edir ki, Rusiya ilə Ukrayna arasında əldə olunmuş atəşkəs rəsmi Kiyevin separatçıların at oynatdığı vilayətlərə nəzarət etmək imkanlarını heçə endirəcək. Üstəlik, Ukraynaya imkan verməyəcək ki, NATO-ya və Avropa Birliyinə daxil olsun.

Qəzet bildirir ki, Rusiya prezidenti bu üsulla indiyə qədər bir neçə keçmiş Sovet respublikasında öz hədəfinə nail olub.

Belə ki, eyni ssenariyə uyğun olaraq Rusiyadan kənarlaşıb Qərbə üz tutan ölkələrdə Rusiyameylli muxtar qurumlar, ərazilər yaradılıb. Belə qurumların yaranması isə Qərbə can atanların qarşısını kəsir, onları düşünüb-daşınmağa və Rusiya ilə anlaşmağa vadar edir. Rusiya Avropa Birliyində və NATO-da özünə təhlükə görür və bu təhlükəni öz sərhədlərinə yaxın buraxmamaq üçün belə gedişlərə əl atır.

Qəzet bildirir ki, atəşkəsin əldə olunması nəticəsində ortaya yeni dondurulmiş münaqişə çıxacaq. Belə münaqişələri isə lazım olanda dərhal qızışdırmaq olar. Bu fikirləri “USA Today” qəzetinə ABŞ Müdafiə Nazirliyinin sabiq əməkdaşı Bjezinski deyib. O, bildirib ki, atəşkəs o deməkdir ki, Ukrayna həmişə öz ordusunu yüksək hazırlıq səviyyəsində saxlamalıdır. Ən əsası isə Ukraynanın Qərbə istiqamətlənməsinin qarşısında ciddi əngəl yaradıldı. Bu məsələnin başqa bir tərəfi də var. Qərb Rusiya ilə münaqişədə olan Ukraynanı öz sıralarında görmək üçün əvvəlki əzmkarlıq nümayiş etdirməyəcək. Çünki Qərb mümkün qədər münaqişələrdən uzaqda qalmağa çalışır və özgə münaqişəsinin ağırlıqlarını öz üzərinə götürməkdə maraqlı deyil.

“USA Today” xatırladır ki, biz bu ssenarini Moldovada, Gürcüstanda görmüşük. Hər iki ölkə Avropa Birliyi və NATO ilə sıx əlaqələr yaratmağa can atırdı. O da faktdır ki, Rusiyadan olan “sülhməramlı”lar Dnestryanı ərazidə, cənubi Osetiyada və Abxaziyada lövbər salıblar və “etnik rus separatçıların” qoruyurlar. Qəzet bildirir ki, Ukraynanın şərqindəki vilayətlərdə də ruslar üstünlük təşkil edir, onlar Kiyevdən muxtariyyət almağa can atırlar.

Keçmiş ABŞ prezidenti Bill Klintonun məsləhətçisi olmuş Tobi Hati deyib ki, atəşkəsin əldə olunması ilə bağlı danışıqlar zamanı Vladimir Putin birmənalı şəkildə bildirdi ki, Rusiya bu ərazilərdə ABŞ və NATO-nun varlığını duymaq istəmir. Tobi Hatinin fikrincə bu, o məsələ deyil ki, cənab Putin Ukraynaya özbaşına və ya Qərblə birlikdə qərar çıxarmağa imkan versin.

Qəzet xatırladır ki, ATƏT Minskdə Ukrayna və Rusiya arasında keçirilmiş danışıqların nəticəsini əks etdirən protokolu yayıb. Həmin sənədə əsasən Ukrayna Donetskin və Luqanskın xüsusi statusu haqqında qanun qəbul etməlidir.


Müəllif:

Oxşar xəbərlər