Botsvana hakimiyyəti fil ovuna qoyulan qadağanın götürülməsi barədə qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Botsvananın Ətraf Mühit, Təbii Sərvətlər və Turizm Nazirliyi məlumat yayıb.
“Ətraf Mühit, Təbii Sərvətlər və Turizm Nazirliyi ictimaiyyəti məlumatlandırmaq istəyir ki, bütün maraqlı tərəflərlə məsləhətləşmələr aparıldıqdan sonra Botsvana hökuməti fil ovuna qoyulan qadağanın aradan qaldırılmasına dair qərar qəbul edib”, – deyə nazirlik bildirib.
Qeyd edilir ki, qərar 2018-ci ildə fil ovuna qadağa qoyulmasına dair yaradılan xüsusi alt komitənin gəldiyi qənaət əsasında qəbul edilib. Nazirlik insanlarla fillər arasında qarşıdurmaların sayının artdığını və heyvanların yerli əhalinin həyatına soxulduğunu bildirib.
Afrika ölkələrində ümumilikdə təxminən 500-600 min baş fil yaşayır.