Qazaxıstana uşaq qidalarının 90 faizi xaricdən gətirilir.
Teleqraf.com xəbər verir ki, bu sözləri "Amiran" uşaq süd məhsulları zavodu və qida akademiyasına baş çəkən ölkə Senatının rəhbəri Dariqa Nazarbayeva deyib.
O, uşaq qidaları ilə bağlı məsələnin parlamentdə araşdırıldığını bildirib: "Senatda sənədləri qaldırdıq, tədiqataları, statistikanı araşdırdıq, təhlillərdən belə nəticəyə gəldik ki, hazırda uşaq qidaları bazarımıza diqqət qeyri-qənaətbəxşdir. Təxminən 90 faiz uşaq qidası bizim bazara xaricdən daxil olur.
Heç kəs zəmanət verə bilməz onları nə qədər saxlamaq olar, təkibində hansı konservantlar var... Bu qidalar uzaqdan gətirilir deyə, yararlılıq müddəti uzundur, hətta bəzən bir neçə ildir. Doğrusu, uşaqlarımıza hansı qida verdiyimizi düşünmək qorxunc görünür..."