ABŞ Prezident Donald Trampın Meksika sərhədinə divar inşa edilməsi ilə bağlı planı maliyyə axtarışı ucbatından dayandırılıb.
Axar.az xəbər verir ki, bu barədə Kaliforniyadakı federal məhkəmələrdən biri qərar çıxarıb.
Qərarın müvəqqəti olduğu bildirilib.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp Meksikadan miqrant axınının və narkotik qaçaqmalçılığının qarşısını almaq məqsədilə ABŞ-la Meksika sərhədinə divar çəkilməsinə qərar vermişdi.