İran heç kimə məlum olmayan gizli silahı ilə ABŞ-ın Fars körfəzindəki gəmilərini bir neçə dəqiqədə batıra bilər.
Teleqraf.com xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Murtaza Qurbani deyib.
Onun sölərinə görə, Fars körfəzindəki ABŞ hərbçiləri həddini aşarsa və İrana qarşı hər hansı bir addım atsalar, onlar dənizin dibinə göndəriləcək. General gizli silah haqqında ətraflı məlumat verməyib. O bildirib ki, bu, çox məxfi saxlanılır.
Xatırladaq ki, generalın bu bəyanatı ABŞ-ın Fars körfəzinə ikinci hərbi gəmi göndərmək qərarından sonra səslənib.