27 May 2019 12:56
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətində “Taliban” silahlılarının hücumu nəticəsində azı 4 polis əməkdaşı ölüb, 4-ü yaralanıb.

Bu barədə yerli polis idarəsindən məlumat verilib.

Bildirilib ki, “Taliban” mayın 27-də gecə saatlarında Paktiya əyalətində nəzarət-keçid məntəqəsinə hücum edib. Nəticədə azı 4 polis əməkdaşı ölüb, 4-ü yaralanıb.

Bundan başqa, Əfqanıstan baş nazirinin müşaviri Nur Məhəmməd Arab Kunduz şəhərində naməlum silahlılar tərəfindən güllələnərək öldürülüb.

Hadisə nəticəsində onun mühafizəçilərindən biri də yaralanıb./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər