8 Sentyabr 2014 12:07
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

“The Wall Street Journal” qəzeti Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalarda adları çəkilən şirkətləri açıqlayıb.

Teleqraf.com-un rus mediasına istinadən verdiyi xəbərə görə, siyahıya ölkənin 3 əsas neft şirkəti olan "Transneft", "Rosneft" və "Qazprom neft" daxildir. Aİ bu şirkətlərə 30 gündən artıq borc götürməyin qadağan olunacağını bildirib.

Həmçinin məlumatlarda sanksiyaların Rusiyadakı 5 beynəxalq banka da aid ediləcəyi deyilir. Bunlar Qazprombank, Sberbank, VTB, Vneşekonombankın və Rosselxozbankdır.

Bundan əlavə, Aİ müdafiə sektorunda fəaliyyət göstərən "Oboronprom" Birləşmiş Aviatikinti korporasiyasına və Uralvaqonzavoda qarşı da bəzi qadağalar həyata keçirmək niyyətindədir.

Məhdudiyyətlər, habelə, Rusiyanın hərbi istehsalına da aid ediləcək. Belə ki, “Sirius” elektrik cihazları zavodu, “Stankoinstrument” maşınqayırma zavodu və “Kalaşnikov” atıcı silah istehsal edən zavod da bu sansksiyalardan öz payını alacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər