Rəsmi Vaşinqton F-35 hərbi təyyarə proqramı çərçivəsində türk pilotların qatıldığı seminar və kursları dayandıracaq.
Teleqraf.com-un məlumatına görə, “Röyter” agentliyi iki ABŞ rəsmisinə istinadla iddia edərək vurğulayır ki, hələlik son qərar verilməyib.
Qeyd edək ki, buna paralel olaraq Türkiyənin Rusiyadan S-400 kompleksi almaq istəyi çərçivəsində türk hərbçilər artıq Moskvaya yollanıb.
Türk pilotlar F-35 proqramı çərçivəsində Arizona ştatının Luke Air Force hərbi hissəsində təlim keçir.
ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamenti türk pilotlarla bağlı şərh verməkdən boyun qaçırıb.
Pentaqonun sözçüsü polkovnik Mije Anbdrevs bildirib ki, Patriot komplekslərinin satılmasına dair Ankara ilə müzakirələr aparılıb.