29 May 2019 21:36
1 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ preizidenti Donald Tramp ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun liderlərin telefon danışığının detalları barədə Tvitterdə açıqlama yayıb.

Bildirilir ki, tərəflər S-400-lərlə bağlı İşçi Qrupunun yaradılmasını müzakirə ediblər. Ərdoğan Rusiyadan alınan müdafiə kompleksilə bağlı ABŞ ilə Türkiyə arasında yaranan fikir ayrılığının aradan qaldırılması üçün İşçi Qrupunun yaradılmasını vacib sayıb.

Türkiyə prezidenti eyni zamanda ABŞ-ın polad idxalına tətbiq etdiyi rüsumu aradan qaldırmasını yüksək qiymətləndirib.

Liderlər Yaponiyada keçiriləcək G20 sammiti çərçivəsində görüşlə bağlı razılıqlarını ifadə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər