Əhər həbsxanasında saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Hamid Allahverdipur Abbas Lisaninin aclıq aksiyasının 3-cü günündə ona qoşulub.
Teleqraf.com xəbər verir ki, Allahverdipur Abbas Lisaniyə dəstək məqsədi ilə aksiyaya başladığını bildirib.
Qeyd edək ki, Ərdəbil həbsxanasında saxlanılan Abbas Lisani həbsxana rəhbərliyinin onun barəsində saxta dosye hazırladığını bildirirərək, aclıq aksiyasına keçirir.
Milli fəal bu ilin yanvarında İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi (ETTELAAT) tərəfindən həbs edilib.