8 Sentyabr 2014 14:13
1 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Donetsk Xalq Respublikası” separatçı qurumun “baş naziri” Denis Puşilin və Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko “Dojd” telekanalının canlı efirində söhbət edib.

Publika.az-ın verdiyi xəbərə görə, söhbətin əsas mövzusu Ukrayna hakimiyyəti ilə separatçılar arasında əldə olunan atəşkəs razılaşmasına əməl edilməsi olub.

A.Qeraşenko və D.Puşil bir-birini atəşkəs rejiminə əməl etməməkdə, həmçinin dinc sakinlərin ölümündə ittiham edib. Ukrayna daxili işlər nazirinin məsləhətçisi bildirib ki, Donetsk və Luqansk “xalq respublikaları”nın liderləri separatçıların əsas nümayəndələri deyil. O məhz Rusiya prezidenti Vladimir Putinin separatçıların əsas nümayəndəsi olduğunu deyib. “Siz faşistsiniz, siz Putinin marionetkasısınız!” - Qeraşenko canlı yayımda Puşilini ittiham edib.

Sonda proqramın aparıcısı vurğuladı ki, tərəflərin razılaşması çox çətindir: “Hətta Qeraşenko və Puşilin canlı yayımda güzəştə nail ola bilmədilər”.


Müəllif:

Oxşar xəbərlər