Bir neçə dəfə cinsi təcavüzə məruz qalan və susdurulan qurbanlardan biri ilə əlaqə qurduqdan sonra faktı açıqlamaq mənim vəzifəmdir. Mətbuatın yaxından maraqlandığı təcavüz iddialarının mərkəzində Harri Filip Qrin durur.
Teleqraf.com xəbər verir ki, bu bəyanatı İngiltərənin İşçi Partiyasından olan deputat Piter Heyn parlamentdə çıxışı zamanı səsləndirib.
Artıq neçə vaxtdır London mətbuatı ölkədə məşhur biznesmenin təcavüzündən söz açır. İlk dəfə “Teleqraf” qəzeti iş adamının 5 əməkdaşa təcavüz etdiyi haqqında məlumat yayıb. Ancaq həmin biznesmenin kimliyini cəmiyyətə deputat Piter Heyn açıqlayıb.
Ona qədər biznesmenin kimliyi bəlli deyilmiş.
Sonda bəlli olub ki, milyarder fitnes müəlliməsi Katie Surridgeyə təcavüz edib. O, müəlliməyə 2016 və 2018-ci illərdə oteldə dərs zamanı təcavüz edib. Müəllimə deyib ki, milyarder ona toxunub, bədənini bədəninə vurub və bunu dəfələrlə edib.
Bu zaman özünü pis hiss etdiyini bildirən müəllimə əlavə edib ki, dərsdən sonra öz otağına qaçaraq dəfələrlə ağlayıb: “Mənə bir daha belə davranmayacağını deyirdi, fəqət hər dəfə təcavüz baş verirdi”.
Hadisənin şahidi olan şəxslər polisə ifadələrində idman müəlliməsinin dediklərini təsdiqləyib.
67 yaşlı milyarder Qrin isə açıqlama yayaraq cinsi təcavüz iddialarını rədd edib, bildirib ki, 20 mindən çox işçisi var və onların işləri ilə bağlı sıxıntıları ola bilər, bunu da diqqətə alırlar. O, əlavə edib ki, bunun xaricində bütün iddialar əsassızdır.
“Sun” qəzeti isə Filip Qrinin qucağında oturan 25 yaşlı bir əməkdaşı ilə görüntülərini ortaya çıxarıb.
Harri Filip Qrin 3,8 milyard sterlinq sərvəti ilə “Arkadia” Qrupunun sahibidir. Onun son hərəkətləri həbsinə və ya böyük miqdarda maliyyə cəzasına gətirib çıxara bilər.