3 İyun 2019 16:04
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili tələbəlik illərində marixuananın dadına baxdığını, ancaq bu dadın onun xoşuna gəlmədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, M.Saakaşvili “1+1” telekanalının efirində deyib:

“Nə vaxtsa, daha doğrusu, tələbə olanda marixuananın dadına baxmışam. Ancaq xoşuma gəlməyib. Nə dadı, nə də tüstüsü xoşuma gəlmədi. Ona görə də mən bunun fanatı deyiləm. Ancaq orda – Amsterdamda daha maraqlı şeylər var”.

O əmin edib ki, Niderlandda yaşadığı müddətdə ekstazidən istifadə etməyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər