İsveçin Uppsala rayon məhkəməsi “WikiLeaks” saytının qurucusu Culian Assanjın qiyabi həbsi haqqında İsveç prokurorluğunun tələbini təmin etməmək qərarını verib.
Teleqraf.com-un məlumatına görə, əgər məhkəmə Assanjın həbs edilməsi barədə qərar versəydi, İsveç prokurorluğu onun həbsinə Avropa orderi verilməsi proseduruna başlayacaqdı.
Məhkəmənin qərarına baxmayaraq Assanjın işi ilə əlaqədar istintaq davam etdirilir.
Qeyd edək ki, Assanja qarşı cinayət işi İsveç prokurorluğu tərəfindən 2010-cu ildən aparılır.