5 İyun 2019 18:26
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin onda “xeyirxah, istiqanlı, normal dayı” təəssüratı doğurduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, prezident “1+1” telekanalına verdiyi müsahibədə iyunun 4-də Brüsselə səfər təəssüratlarını bölüşüb. O qeyd edib ki, görüşün protokol hissəsi zarafatlar və dostluq qucaqlaşmaları ilə müşayiət olunub.

“Hamımız zarafat edirdik. O elə kişidir ki, onun haqqında danışmamaq mümkün deyil. Bizim çox gözəl görüşümüz oldu. Mən bilmirəm belə demək lazımdır, yoxsa bu diplomatiyadan kənardır?! Amma deyəcəm; o elə xeyirxah, istiqanlı və normal dayıdır ki… Çox ağıllı insandır. Belə əla kişidir”, – deyə V.Zelenski bildirib.

V.Zelenski, həmçinin Yunkerin Ukraynaya dəstək vəd etdiyini vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər