5 İyun 2019 23:45
1 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp administrasiyası jurnalist Camal Qaşıqçı cinayətindən sonra ABŞ firmalarına Səudiyyə Ərəbistanı ilə həssas nüvə informasiyalarını paylaşmağa icazə verib.

Teleqraf.com xəbər verir ki, bunu Virciniya ştatının demokrat senatoru Tim Kaine açıqlayıb.

Senator bildirib ki, jurnalist Camal Qaşıqçının cinayətindən cəmi 16 gün sonra Tramp hakimiyyətinin “bəzi ABŞ firmalarına Səudiyyə Ərəbistanına nüvə informasiya bilgiləri verməsinə icazə verdiyini” özündə əks etdirən sənədləri şəxsən görüb.

Senator əlavə edib ki, dünyada böyük etirazla qarşılanan və Riyad iqtidarı qədər Vaşinqtonu da təzyiq altında saxlayan jurnalist cinayətindən qısa müddət sonra Trampın Səudiyyəyə verdiyi bu imtiyaz çox narahatedici durum yaradır.

ABŞ hökumətinin 18 fevral 2019-cu ildə rəsmi Riyada nüvə mövzusunda daha bir imtiyaz verdiyini qeyd edən Tim Kaine əlavə edib ki, bu məlumatlar Amerika ictimaiyyətinə açıqlanmalıdır.

Xatırladaq ki, ABŞ ilə Səudiyyə Ərəbistanı arasında 2017-ci ildən bu yana “nüvə müzakirələri” davam edir. Bu çərçivəsində Vaşinqton 7 şirkətə Riyadla nüvə informasiya paylaşımına icazə verib.


Müəllif: Cavad

Oxşar xəbərlər