6 İyun 2019 00:28
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika höküməti Vaşinqtonla rüsumların tətbiq edilməsi və sərhəddə təhlükəsizlik məsələlərində razılaşmaq istəyir.

Teleqraf.com-un məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp İrlandiyanın baş naziri Leo Vardakar ilə danışıqlardan sonra deyib.

D.Tramp bildirib: "Bilirsiniz, Meksika razılaşmaq istəyir. Hazırda onların bütün nümayəndə heyəti, çox güman ki, bizimkilərlə danışıqlar üçün Ağ Evə gəlirlər. Mən düşünürəm ki, onlar nəsə etmək istəyir. Onlar önəmli insanlarını göndəriblər".

Qeyd edək ki, bu gün Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Mayk Pens və Meksikanın XİN rəhbəri Marsela Ebrard arasında danışıqlar keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər