Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın iyunun 6-da keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında olan problemlər müzakirə edilməyib.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya liderinin sözçüsü Dmitri Peskov bildirib.
“Qarabağ münaqişəsi ətraflı müzakirə olunmadı. Dünənki söhbətdə ikitərəfli münasibətlər və ticari-iqtisadi sahədə qarşılıqlı əməkdaşlığın müxtəlif aspektləri barədə müfəssəl müzakirələr aparıldı”, – deyə D.Peskov Sankt-Peterburq Beynəlxlaq İqtisadi Forumu zamanı jurnalistlərə açıqlama verib.