Əfqanıstanın qərbində yerləşən Qor əyalətində radikal “Taliban” hərəkatı yaraqlılarının hücumu nəticəsində ən azı 15 nəfər, o cümlədən mülki şəxslər öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Tolo News” telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, yaraqlılar hücumu bu gecə həyata keçiriblər.
Qor əyalətinin şura üzvü Həmidulla Motahid toqquşmanın Poşta Nur kəndi yaxınlığında mühafizə postuna hücumu ilə başladığını bildirib.
Əyalətin qubernatorunun mətbuat katibi Abdulhaqi Xətibi hadisəni təsdiqləyib, ancaq hələlik hücumla bağlı kifayət qədər məlumat almadıqlarını söyləyib. Eyni zamanda, o, hökumət qüvvələrinin toqquşma sahəsinə göndərildiyini bildirib.