11 İyun 2019 17:34
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bütün öhdəliklər mövcud anlaşmalar çərçivəsində vaxtında yerinə yetiriləcək”.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alması haqda danışan Rusiya xarici işlər nazirinin köməkçisi Sergey Rıbakov belə deyib.

XİN rəsmisi ABŞ-ın buna görə təkcə Türkiyəni yox, Rusiyanı da şantaj etdiyini bildirib:

“Bu şantajlar təkcə Türkiyəyə yönəlməyib. Bu, Rusiya ilə hüquqi çərçivədə hərbi-texniki sahədə əməkdaşlıq edən bütün ölkələrə tətbiq edilir”.

Qeyd edək ki, ABŞ Müdafiə naziri Patrik Şanahan türk həmkarı Hulusi Akara yazdığı məktubda 31 iyula qədər “S-400”-lərin alınmasından imtina edilməcəyi halda, Türkiyəyə qarşı ciddi addımların atılacağını və “F-35” proyektindən çıxarılacağını bildirmişdi.

ABŞ müdafiə nazirliyinin sözçüsü isə bundan sonra layihə çərçivəsində türk pilotlara “F-35” uçuşlarının qadağan edildiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər