14 İyun 2019 00:30
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hesab edir ki, İran Oman körfəzində tankerlərə hücumlara görə məsuliyyət daşıyır.

Bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

"ABŞ hökumətinin fikri budur ki, İran məsuliyyət daşıyır”, - Pompeo Ağ Evdə jurnalistlərə deyib.

Qeyd edək ki, bu gün Oman körfəzində “Front Altair” və “Kokuka Courageous” adlı iki neft tankerinə hücum olub. Bəzi məlumatlara görə, gəmilərdə baş verən partlayışlar və yanğının səbəbi torpeda hücumudur. Ancaq bu versiya hələlik rəsmi təsdiqini tapmayıb.

Zərər çəkmiş gəmilərin bütün ekipajı İran ərazisinə təxliyyə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər