Almaniyanın sabiq kansleri Gerhard Şröder Krımın Rusiyaya birləşdirilməsinin qanuni olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, o bu açıqlama ilə “Bild” qəzetinə müsahibəsində çıxış edib:
“Krım – qədim rus torağıdır. Sovet dövründə yarımadanın hansı respublikaya məxsus olması əhəmiyət daşımırdı. İndi isə belə deyil”.
Gerhard Şröder 1998-2005-ci illərdə AFR-in kansleri olub. 2017-ci ilin sentyabrından “Rosneft”in direktorlar şurasının rəhbəridir.