15 İyun 2019 18:50
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant Oman dənizində iki neft tankerinə edilmiş terror hücumunun İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH tərəfindən həyata keçirildiyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, o, bu addımın bir daha İranın region ölkələri üçün ciddi təhdid olan dağıdıcı siyasətinin bariz nümunəsi olduğunu deyib.

Xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, ölkəsinin müstəqil şəkildə apardığı təhqiqatların nəticələri SEPAH-ın bu hücumu həyata keçirdiyini söyləməyə əsas verir.

Qeyd edək ki, iyunun 13-də Oman dənizində iki neft tankerinə hücum həyata keçirilib. Həmin gün axşam saatlarında ABŞ Hərbi Dəniz Qüvvələri SEPAH-a məxsus patrul qayığının gəmilərdən birinə yaxınlaşıb, partlamamış minanı çıxarmasını əks etdirən video yaymışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər