18 İyun 2019 16:10
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Baş Prokurorluğu 128 nəfərin həbs olunması barədə qərar verib.

Teleqraf.com xəbər verir ki, həbs olunanlar arasında Fəthullahçı Terror Təşkilatının (FETÖ) 48 fəal üzvü var.

Əməliyyatların Türkiyə Silahlı Qüvvələri daxilində FETÖ-nün gizli şəbəkəsinin çökdürülməsi çərçivəsində İzmir və Konya şəhərlərində keçirildiyi açıqlanıb.

FETÖ-nün 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd etməsində bu yana bu təşkilatla əlaqədar olan 50 min nəfər həbs olunub, 160 min dövlət adamı işdən çıxarılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər