“Suriyada davam edən qarşıdurma Avropada populizmin genişlənməsinə və ərəb ölkəsinin terrorizmin yuvasına çevrilməsində əsas rol oynadı”.
Teleqraf.com xəbər verir ki, bunu fransalı politoloq Maykl Duqlas “Le Figaro” qəzetinə müsahibəsində deyib.
Ekspertin fikrincə, hazırda Suriyada əsas rəqabət İran və Rusiya arasında gedir:
“İran və Rusiya Suriyadakı rejimi öz təsir dairəsində saxlamaq üçün savaşır, öz adamlarını rejimin daxilinə yerləşdirmək istəyirlər. Buna görə də Rusiya İrandan daha çox Suriyadakı rejimlə müttəfiqlik münasibətlərini gücləndirməyə çalışır. Amma Suriyanın gələcəyi İsrailin mövqeyindən asılı ola bilər.
Suriyadakı savaş böyük ehtimalla Yaxın Şərq, Avropa və Orta Asiyanın Çernobıl bölgəsidir. Moskva “arxa bağçası”ndan yayılan infeksiya təhdidi qarşısında olduğunu bilir. Suriya sönməyən geosiyasi vulkandır”.