Niderlandın Ossendreht şəhərində yerləşən hərbi təlim düşərgəsində 14 yeniyetməni ildırım vurub.
Teleqraf.com xəbər verir ki, yeniyetmələr yerli xəstəxanalara yerləşdirilib, onlardan biri ağır xəsarətlər alıb.
Bildirilir ki,16-18 yaşlı gənc insanlar məktəb proqramı çərçivəsində üçgünlük hərbi təlim keçirlərmiş.