Bu gün Rusiya Prezidenti Vladimir Putin 17-ci dəfə birbaşa efirdə sualları cavablandıracaq.
Teleqraf.com xəbər verir ki, dövlət başçısının Rusiya vətəndaşları ilə canlı təması günorta başlayacaq və "Birinci kanal", "Rusiya 1", "Rusiya 24", "NTV", "OTP", "MİR" telekanalları, "Mayak", "Vesti FM" və "Radio Rossii" radioları ilə birbaşa yayımlanacaq.
Vladimir Putin canlı efirdə sualları cavablandırmaq ənənəsinin əsasını ilk prezidentliyi dövründə, 2001-ci ildə qoyub.
Həmin vaxt prezidentə 400 min sual ünvanlanmış, 2 saat yarım zaman ərzində dövlət başçısı yalnız 47 suala cavab verə bilmişdi.
Ötən il isə prezident 4 saat 20 dəqiqəlik canlı yayımda 2 milyondan artıq sualdan 74-nü cavablandırmışdı.