24 İyun 2019 11:05
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın sabitliyi pozan fəaliyyətinin yol açdığı təhdidlər bizi narahat edir. Buna misal olaraq mayın 12 və iyunun 13-də neft tankerlərinə edilən hücumu göstərmək olar.

Teleqraf.com xəbər verir ki, bu fikirlər İngiltərə, ABŞ, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin İran haqqında birgə yaydıqları açıqlamada yer alıb.

Neft tankerlərinə hücumların beynəlxalq su yollarına təhdid yaratdığı qeyd edilən açıqlamada İran regional sabitliyi təhdid edən tədbirləri dayandırmağa və gərginliyi azaltmaq üçün diplomatik həll variantlarını tapmağa dəvət olunur.

İran istehsalı olan raket və dronlardan istifadə edərək, Səudiyyə Ərəbistanını hədəfə alan Husi hücumlarından narahat olduğunu dilə gətirən 4 dövlət iyunun 12-də Abha hava limanına hücumu qınayaraq İranın dəstəklədiyi Husilərin bu cür hücumlara dərhal son verməli olduğuna çağırış edib.

Yəməndə barış mərhələsi üçün dəstəyi yenilədiklərini qeyd edən 4 dövlət tərəflərin Hudeydə anlaşmasını tətbiq etməyi sürətləndirməyə çağırıb.

Açıqlamada “Husiləri Salif və Ras-İssa limanlarından tamamilə geri çəkilməyə dəvət edirik” ifadəsi də yer alıb.


Müəllif: Cavad

Oxşar xəbərlər