Gürcüstan hakimiyyəti Tiflisdə mitinq iştirakçılarının bəzi tələblərini yerinə yetirməyi qərara alıb.
Teleqraf.com xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” Partiyasının yaradıcısı Bidzina İvanişvili bildirib.
O qeyd edib ki, 2020-ci ildə ölkədə parlament seçkiləri proporsional seçki sistemi üzrə keçiriləcək.
“Gürcü Arzusu” 2020-ci ildə keçiriləcək parlament seçkisininin proporsional sistem üzrə və sıfır baryer əsasında keçirilməsi qərarına gəlib”, – deyə İvanişvili Tiflisdə keçirdiyi brifinqdə bildirib.