25 İyun 2019 17:27
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani ölkənin ali lideri Əli Xamneyiyə sanksiya tətbiq etməyin məntiqsiz və axmaq hərəkət olduğunu bildirib.

“Siz görürsünüzmü, kimlərsə məntiqsiz hərəkətlər etməyi seçir və onu həyata keçirir. Onlar deyirlər ki, biz ölkənin liderini boykot edirik... Onlar deyirlər ki, biz ölkənin liderinin mal-mülkünə sanksiya tətbiq etmək istəyirik. Amma bizim liderimizin həyatı sadədir, onun bütün var-yoxu ibadət yerindən və sadə bir həyatdan ibarətdir. O, xarici liderlər kimi deyil. Hansılar ki, milyard, yaxud milyon dollarlara sahibdirlər”, – deyə H.Ruhani “Press TV” ilə canlı yayımlanan çıxışı zamanı bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İrana qarşı yeni sanksiyalar haqqında fərman imzalayıb. Budəfəki sanksiyalar ölkənin ali lideri Əli Xamneyiyə yönəlib. Fərmana əsasən ABŞ sanksiyaya məruz qalacaq şəxsin bütün aktivlərini dondurur, həmçinin onunla əməkdaşlıq edən maliyyə təşkilatlarını təhdid edir.


Müəllif: Səxavət