“Gürcüstan hakimiyyəti anti-Rusiya və millətçilik əhval-ruhiyyəsini aşılayır. Gürcüstan Prezidenti Salome Zurabişvilinin Rusiyanın düşmən və işğalçı olması ilə bağlı açıqlaması bu ölkədəki rusların mövqeyinə uyğun deyil. O, bizim küçələrdə gördüyümüz ultra-ekstemizmi, millətçiliyi, anti-Rusiya əhval-ruhiyyəsini təbliğ edir”, - deyə XİN rəhbəri bildirib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun həmin vaxt Bakıda səfərdə olan parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.