İran Amerika ilə heç vaxt müharibə istəməyib.
Teleqraf.com xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Fransa lideri Emanuel Makronla telefon söhbəti zamanı bildirib.
Həsən Ruhani deyib ki, İran regionda gərginliyin artırmasında maraqlı deyil və ABŞ da daxil olmaqla heç bir ölkə ilə müharibə istənmir.
ABŞ-ı regionda gərginliyi artırmaqda ittiham edən Ruhani deyib ki, Vaşinqton nüvə anlaşmasından çıxmasaydı, bölgə müsbət proseslərə şahidlik edərdi.
İranın anlaşmaya sadiq qaldığını bildirən Ruhani deyib ki, Tehran nüvə anlaşmasından yararlanmadığı halda sazişin 26 və 36-cı bəndlərinə uyğun addım atacaq.