26 İyun 2019 17:33
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi strategiyasını kosmosa daşımağa hazırlaşan NATO tarixdə ilk dəfə olaraq, ilk strateji kosmos planını alyansa üzv dövlətlərin müdafiə nazirlərinin Brüsseldəki sammitində təqdim edəcək.

Teleqraf.com xəbər verir ki, alyansın kosmos strategiyasını müəyyən edən bu hərbi plan sammitdə səsverməyə çıxarılacaq.

NATO Baş katibi Yens Stoltenberq məsələ ilə ələaqdar jurnalistlərə açıqlamasında planın səsvermədən keçəcəyinə inandığını bildirib:

“Layihə səsverməyə çıxarılması üçün hazırdır. Təhlükəsizlik və əməliyyatlar üçün kosmosdakı fürsətlərdən istifadə etməyə çalışırıq. Kosmos sülh qədər müharibəyə də xidmət edə bilər, məsələn, bununla biz peyklərə hücumların qarşısını ala bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu