26 İyun 19:59
440

İŞİD rəhbərliyində təmsil olunan Əbu Usama əl-Muhacir həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri bildirib.

Əbu Usama əl-Muhacir Yəməndə İŞİD rəhbərliyində təmsil olunan nüfuzlu şəxslərdən hesab olunur.

Səudiyyə kəşfiyyatı İŞİD liderini ayın əvvəllərində xüsusi əməliyyatla tutduğunu açıqlayıb, əməliyyatın video görüntülərini yayıb.


Müəllif: Cavad