Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə iyunun 29-da Osaka şəhərində görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
İyunun 28-29-da Yaponiyada keçiriləcək G-20 zirvə görüşü çərçivəsində Türkiyə prezidentinin daha əvvəl ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüşü nəzərdə tutulduğu açıqlanmışdı.
Trampdan sonra Vladimir Putinin də Ərdoğanla görüşəcəyi bəyan edilib.
Tərəflərin Rusiyadan alınan S-400 komplekslərini müzakirə edəcəyi gözlənilir.