Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyi və Federal Antiinhisar Xidmətinə İrkutsk vilayətinin daşqından ziyan çəkən bölgələrində gündəlik tələbat məhsullarının qiyməti ilə bağlı vəziyyəti nəzarətə götürməyi tapşırıb.
Teleqraf.com life.ru-ya istinadən xəbər verir ki, Putin ticarət sahəsinə nəzarəti gücləndiməyin vacib olduğunu bildirib:
"İşbazların vəziyyətdən istifadə etməsinə imkan verilməməlidir".
Rusiya dövlət başçısı Səhiyyə Nazirliyinə bölgədə epidemioloji durumu da nəzarətdə saxlamağı tapşırıb.
Qeyd edək ki, Putin İrkutska daşqın
baş verən bölgəyə gəlib. Fəlakət bölgəsindən 9 min nəfərdən artıq insan evakuasiya olunub. Rəsmi məlumata görə, daşqınlar zamanı 3 nəfər həlak olub.