Rusiya Türkiyəyə 3 ədəd Ka-32A11BC model çoxməqsədli helikopter satışını başa çatdırıb.
Teleqraf.com xəbər verir ki, sözügedən alqı-satqı barədə 2018-ci ildə razılaşma əldə olunub.
Razılaşma 1 il ərzində həyata keçirilib. Artıq helikopterlər Türkiyəyə təslim edilib.
Yanğınla mübarizə, axtarış və xilasetmə xidmətlərində istifadə olunan Ka-32A11BC model helikopterlər eyni zamanda inşaat işlərinə də cəlb oluna bilir.