ABŞ dəniz donanmasının zabiti Edvard Kallager azadlığa buraxılıb.
Teleqraf.com xatırladır ki, donanma zabiti bir neçə iraqlı mülki insanı öldürməkdə, müalicə alan İŞİD üzvünü bıçaqlamaqda və cəsədi ilə foto çəkdirməkdə ittiham olunurdu.
Edvard bu ittihamlarla 2017-ci ildə məhkəmə qarşısına çıxarılmışdı.
Ancaq onun özü bu ittihamları rədd edib və düz 201 gün həbsxanada yatmalı olub.
İki il davam edən məhkəmə çəkişməsinin sonunda dəniz piyadası İŞİD üzvünün cəsədi ilə foto çəkdirmək istisna olmaqla digər ittihamlardan bəraət alıb. Azadlığa çıxan dəniz piyadasını xanımı qarşılayıb.
ABŞ Prezidenti Donald Trampın vəkili də bunu böyük qələbə kimi şərh edib.