3 İyul 2019 23:35
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Sədri Si Szinpinlə görüşdə uyğur məsələsini gündəmə gətirdi, qarşı tərəf isə Ərdoğana bir təklif etdi.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun Tvitter hesabında bildirib.

Altun qeyd edib ki, Ərdoğan yeganə arzusunun Sincar muxtar bölgəsində uyğurların sülh, əmin-amanlıq içərisində yaşaması olduğunu deyib, bundan sonra Szinpin Türkiyədən bir nümayəndə heyətini uyğurların yaşadığı bölgəyə səfərə dəvət edib və vəziyyəti yerində müşahidə etməyə çağırıb. Ərdoğan isə bu dəvəti qəbul edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər