Keçmiş nazir 3 kişiyə təcavüz etdiyi üçün 5 il müddətinə həbs edilib.
Teleqraf.com xəbər verir ki, Norveçin sabiq naziri,72 yaşlı Svein Ludvigsen valilik vəzifəsinin verdiyi imkanlardan istifadə edərək 3 miqranta cinsi təcavüz edib.
Həmin miqrantlar Svein Ludvigsengin cinsi əlaqə tələbinin deportasiya olunmamaq və oturum almaqla nəticələnəcəyinə inanıblar.
Ludvigsen məhkəmə zamanı ittihamı qəbul etməyib və günahsız olduğunu bildirib.
Məhkəmə 72 yaşlı sabiq nazirin qurbanlara 87 min ABŞ dolları təzminat ödəməsi haqda qərar çıxarıb.
Qeyd edək ki, mühafizəkar siyasətçi Ludvigsen 2001-2005-ci illərdə Norveçin balıqçılıq naziri və Tromso bölgəsinin kuratoru olub.