7 İyul 2019 21:13
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziya sahillərində 7 bal gücündə zəlzələ olub.

Teleqraf.com-un məlumatına görə, bu barədə ölkənin Milli meteorologiya, klimatologiya və geofizika idarəsi bildirib.

Bildirilib ki, zəlzələnin ocağı 36 kilometr dərinlikdə yerləşib.

ABŞ-ın Geoloji xidməti qeyd edib ki, zəlzələnin maqnitudası 6,9 olub.

Zəlzələ "UTC" vaxtı ilə 15:08-də baş verib. Yeraltı təkanların episentri Ternate şəhərindən 129 kilometr cənub-qərbdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər