8 İyul 2019 13:00
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Səadət Partiyasının başqanı Təməl Karamollaoğlu ölkənin ictimai-siyasi gündəmi ilə bağlı önəmli açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, partiya başqanının Rusiyadan alınan “S-400” hava hücumundan müdafiə sistemləri ilə bağlı səsləndirdiyi fikirlər diqqət çəkib.

Karamollaoğlu Yaponiyada “G-20” zirvəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ başçısı Donald Tramp arasında keçirilmiş görüşə toxunub.

ABŞ prezidentinin “S-400”lərlə bağlı açıqlamasına Təməl Karamollaoğlu belə reaksiya verib:

“S-400”ləri alacağıq, amma istifadə edib-etməyəcəyimiz bəlli deyil. Belə bir iddia var ki, radarı bağlı olacaq. Kim bunu qəbul edir-etməsin, mən də bu sualı verməliyəm; Tramp necə yumşaldı?”

Əlavə edək ki, Yaponiyadakı görüşdə Tramp Türkiyənin Rusiyadan “S-400” raketləri almasında heç bir problemin olmadığını demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər