Rusiyada fəaliyyət göstərən azərbaycanlı aparıcısı İradə Zeynalova “Rustavi 2” telekanalının efirində Rusiya prezidenti Vladimir Putini təhqir edən gürcü jurnalist Georgi Qabuniyanı sərt tənqid edib.
Teleqraf.com xəbər verir ki, aparıcı Feysbuk hesabında atasının adının Mazdok döyüşündə babasının həyatını xilas edən gürcünün şərəfinə qoyulduğunu diqqətə çatdırıb: "Qəbirləri təhqir edən babamın, nənəmin və Aftandil adlı həmin gürcünün də xatirəsini təhqir edib. O, məni, atamı, oğlumu, həyat yoldaşımı və hörmət etdiyim, sevdiyim hamını qul adlandırıb. Onunla jurnalistika haqda danışmaq lazım deyil. Hər şey asandır. Məni, yaxınlarımın qəbrini təhqir edənin sifətini əzişdirməyə hazıram. Amma realda. Kilometrlərlə uzaq olan efirdə yox”.
Qeyd edək ki, Qabuniya aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib. Onun bu cür davranışı qalmaqala səbəb olub.