12 İyul 2019 14:47
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Sahil Mühafizəsi Xidməti əməkdaşlarının Sakit okeanda göyərtəsinə 7 ton kokain yüklənmiş sualtı qayığı qovmalarını və ələ keçirmələrini əks etdirən video yayımlayıb.

Teleqraf.com xəbər verir ki, amerikalı dənizçilər bu zaman 5 qaçaqmalçı tutublar. Sualtı qayığın ələ keçirilməsi may ayından iyuladək davam edən, 14 müxtəlif qaçaqmalçı qrupunun və 55 qaçaqmalçının tutulması ilə yekunlaşan uzunmüddətli əməliyyatın tərkib hissəsi idi.

Kadrlarda sahil mühafizəsinin sualtı qayığı necə qovduğu, ondan dayanmağı tələb etdiyi, lakin qaçaqmalçıların hərəkət etməyə davam etdikləri görünür. Bir müddətdən sonra xüsusi xidmət əməkdaşları sualtı qayığın üzərinə adlayırlar. Onlar lükü açır və qayığı ələ keçirirlər. Sahil Mühafizəsi Xidmətinin nümayəndəsi Con Messon qeyd edib ki, bu zaman qayığın daxilində qaçaqmalçılıqda şübhəli bilinən 5 nəfər olub. Qayığın ələ keçirilməsi iyunun 18-də baş verib.

”Qayıq kifayət qədər sürətlə hərəkət edirdi. Təqib belə sürətli olduğu üçün sualtı qayığın özü üçün də təhlükə yaranmışdı. Biz, əlbəttə riskləri minimuma endirməyə çalışırdıq, amma videoda ekipaj üzvlərimizin narkotik maddələrlə mübarizədə öz vəzifə öhdəliyinə necə sadəqətlə yanaşdığını görmək mümkündür”, – deyə Messon “Fox News”a bildirib.

Qeyd olunur ki, müsadirə edilmiş 7 ton narkotikin bazar dəyəri 232 milyon dollardan yuxarıdır.

ABŞ Sahil Mühafizəsi Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin may-iyul tarixləri arasında xidmət bazarda dəyəri 570 milyon dollar olan 17 tondan çox kokain, yarım tona yaxın marixuana ələ keçirib.

ABŞ-ın vitse-prezident Mayk Pens bildirib ki, 2019-cu ilin 6 ayında Sahil Mühafizəsi Xidməti dəyəri 3,6 milyard dollar olan narkotik maddə ələ keçirib. Xidmət, həmçinin, bu zaman qaçaqmalçılıqda şübhəli bilinən 400 nəfəri həbs edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər