13 İyul 2019 00:29
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qudası, 2018-ci ilin iyulun sonuna qədər Müqəddəs Qriqori adına tibb mərkəzinə rəhbərlik edən Ara Minasyanı iqtisadi cinayətlərdə təqsirli bilərək qiyabi həbs edib.

Teleqraf.com xəbər verir ki, hazırda axtarışda olan Minasyanın yeri məlum deyil.

Ara Minasyan dövlətə 1,9 milyon dollar ziyan vurmaqda, 152 min dollar məbləğin mənimsəmə və israf edilməsində, ağır nəticələrə səbəb olan kommersiya və ya digər təşkilatların səlahiyyətlərindən sui-istifadə edilməsində, bir qrup şəxslə əlbir olaraq sənədlərin saxtalaşdırılmasında təqsirli bilinir. Bu maddələr səkkiz il müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.


Müəllif: Teleqraf.com