“112. Ukrayna” televiziya kanalı Kiyevdə yerləşən binasının qumbaraatandan atəşə tutulmasına dair məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, insident bu gecə 03:40-da Deqtyarevskoy prospektində baş verib. Telekanal hücum edən silahlı şəxslərin iki nəfər olduğunu, onların hadisə yerindən qaçdıqlarını bildirib. Hadisə zamanı kimsə yaralanmayıb, yalnız binanın fasadı zədələnib.
Olay yerinə çağırış üzrə polis gəlib. Polis binanın fasadında hücumun izlərini təsdiqləyib və ərazini mühasirəyə alıb. Kiyev polisinin mətbuat xidməti hadisə yerindən götürülən nümunələrin ekspertizaya göndərildiyini bildirib.
Polisdən o da bildirilib ki, gülləbaranla bağlı araşdırma aparılıb və cinayət işi başlanıb. Polis bütün materialları təhqiq etmək üçün Ukrayna Təhlükəsizlik Xidmətinə verəcək.