Livanın "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullah ABŞ-la bağlı sensasion iddia ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, o, ABŞ-ın onlarla əlaqə yaratmaq üçün kanallar axtadığını bəyan edib.
Həsən Nəsrullah bildirib ki, ABŞ hökuməti vasitəçilərlə "Hizbullah"la əlaqə qurmağa çalışır.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi bir neçə gün öncə "Hizbullah" hərəkatının üzvü olan 3 deputata sanksiya tətbiq edib.