14 İyul 2019 22:09
2 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyi ölkələrinin və ABŞ-ın "Türkiyəyə sanksiya tətbiq edə bilərik" xəbərdalığına münasibət bildirib.

"Sən sanksiyanı tətbiq et. Təəssüf ki, siz bir dəfə də olsun Şimali Kiprdəki türklərin haqlarını müdafiə etmədiniz. AB bölgədə təktərəfli hərəkət edir. Bu halda sizə eyvallahmı deyəcəyik. AB-nin əllərindəki ən böyük silah iqtisadi sanksiyadır. Onların reytinqimizi aşağı salması bizi maraqlandırmır, yetər ki, millətimiz reytinqimizi aşağı salmasın. Hazırda inflyasiya 15,7 faizə düşüb. Hədəfimiz inflyasiyanı birrəqəmli həddə çatdırmaqdır. Bunu da bacaracağıq", deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti Donald Trampın Türkiyəyə qarşı sanksiya oyununa girməyəcəyinə əminliyini ifadə edib: "Bir senatorun hazırladığı layihə Türkiyə-ABŞ münasibətlərinə zərər vurmamalıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər