15 İyul 2019 11:31
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada birgə hərəkət edən Rusiya və İran arasında Dera bölgəsində qalmaqal baş verib.

Teleqraf.com xəbər verir ki, iyulun 13-də Dera yaxınlığında rus əsgərlərindən ibarət konvoy İrana bağlı milislərin hücumuna məruz qalıb.

Məlumata görə, rus əsgərlərinə hücum İranın nəzarətində olan polis gücləri tərəfindən Haraba ilə Naaraba qəsəbələri arasındakı yola mina yerləşdirməklə həyata keçirilib.

Qeyd edilir ki, rus konvoyuna hücum zamanı itkilər qeydə alınmayıb.

Bu iddialara inansaq, Suriyada ilk dəfədir ki, İrana bağlı qüvvələr rus əsgərlərini hədəfə alır.


Müəllif: Cavad